Ənənəvi olaraq ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub.
SİA-nın əldə etdiyi məlumata görə, Kanada ilə sərhəddə yerləşən Nyu Hempşir ştatının Diksvil Notç kəndində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib. 2020-ci il seçkilərində qeydiyyat olan 5 seçicinin hamısı Cozef Baydenə səs vermişdi.
Məlumata əsasən, kənddə yaşayan 6 sakindən 4-ü Republikaçılar Partiyasının üzvü, digər 2 nəfər müstəqil seçicidir.
Bütün xəbərlər Facebook səhifəmizdə