Sergey Lavrov NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-ya xəbərdarlıq edib ki, Şimali Atlantika Alyansının aqressiv hərəkətləri olarsa, Moskvanın cavabı adekvat olacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN rəhbəri qeyd edib ki, opponentlər bu məsələdə yanılmamalıdır.

Nazir bildirib ki, tədbirlər Rusiyanın BMT Nizamnaməsində təsbit olunmuş özünümüdafiə və təhlükəsizliyini təmin etmək üçün vasitələrdən istifadə etmək suveren hüququna tam uyğun olaraq həyata keçiriləcək.

...Və heç kim Atlantik okeanının arxasında və ya La-Manş boğazının o tayında otura bilməz.

Bunu da Lavrov deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə