...Bu gün ruslar daha çox Mərkəzi Asiya ölkələrindən olanları kütləvi şəkildə Rusiyadan qovurlar. Bu məlum. Amma indi onlar Rusiyaya işləmək üçün deyil, başqa, deyək ki, təhsil almaq üçün göndərilənləri də heç bir izahat vermədən ölkəyə buraxmırlar.
SİA-nın əldə etdiyi məlumata görə, belələrindən biri Bişkek sakini, Moskvada maliyyə universitetinin 3-cü kurs tələbəsi Ulanbek Duişenkulovdur.
...Deməli, sentyabrın əvvəlində təhsilini davam etdirmək üçün Rusiyaya gələn Ulanbek Moskvadakı Şeremetyevo hava limanında pasport nəzarətində saxlanılıb. Sənədlərini götürüb, uzun müddət dindiriblər, barmaq izini götürüb, telefonunu yoxlayıblar.
…Telefonu yoxladılar və çoxlu suallar verdilər: Valideynlərin harada işləyir? Sən burda nə edirsən? Niyə burdasan? Bişkekə niyə getmişdin? Rusiyada yaşadığı ünvanı soruşublar, neçə qardaşı olduğunu öyrəniblər.
...Və sonda tələbə ölkəyə buraxılmayıb.
Mən onlara burada üç ildir oxuduğumu dedim və soruşdum ki, indi mən nə etməliyəm?
Cavab verdilər ki, get öz ölkənə, orada oxu, orada istidir.
Qırğız tələbənin dediyinə görə, o, Rusiyaya buraxılmadan geri, Qırğızıstana göndərilib.
Amma məsələ bundadır ki, həmən tələbənin ailəsi onun təhsili üçün ildə 250 min rubl ödəyib.
Sual olunur, yarımçıq qalmış təhsilə görə, həmin vəsait geri qaytarılacaqmı? Təbii ki, yox!
Yeri gəlmişkən, qırğız tələbə kömək üçün Qırğızıstan Xarici İşlər Nazirliyinə müraciət edib və diplomatların onun işi ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota göndərəcəklərini vəd etdiyini bildirir.
Qırğızıstanın Rusiyadakı səfirliyi belə bir müraciəti Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyini təsdiqləyib.
Amma…
Qırğız Ulanbek isə Qırğızıstanın hakimiyyət orqanlarından onun probleminin tez bir zamanda həllinə kömək etməyi xahiş edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə