ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ölkənin nəhəng dövlət borcundan xilas olmaq üçün yol tapdığını açıqlayıb. SİA xəbər verir ki, o, bu barədə tərəfdarları ilə görüşdə istehza ilə deyib: “Bəlkə biz ABŞ-ın 35 trilyon dollar borcunu kriptovalyuta ilə ödəyəcəyik. Kiçik bir kağız parçasına yazacam: “35 trilyon dollar kriptovalyuta – borcumuz yoxdur”. Bu mənim xoşuma gəlir”.
Qeyd edək ki, bu il ABŞ-ın borcu tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə