Qəzzada müharibəni bitirmək üçün çalışacağam - Kamala Harris

Qəzzada müharibəni bitirmək üçün çalışacağam - Kamala Harris

ABŞ-ın vitse-prezidenti və Demokrat Partiyasının 5 noyabr seçkilərində prezidentliyə namizədi Kamala Harris Qəzzada müharibəni bitirmək və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu təmin etmək üçün əlindən gələni edəcəyi fikrini açıqlayıb. Harrisin mitinqləri tez-tez Qəzza etirazları ilə kəsilir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kamala Harris Amerika müsəlmanlarının və ərəblərin cəmləşdiyi Miçiqan ştatında keçirilən seçki kampaniyasında çıxış edib.

Bu ilin Qəzza və Livanda baş verənlərə görə çətin keçdiyini ifadə edən Harris deyib: "Prezident olaraq Qəzzada müharibənin bitməsi üçün əlimdən gələni edəcəyəm". Harris, məhbus mübadiləsi üzərində də çalışacağını ifadə edərək bildirib: "Qəzzadakı iztirablara son qoyulması İsrailin təhlükəsizliyi ilə yanaşı, fələstinlilərin azadlıq, təhlükəsizlik və öz müqəddəratını təyinetmə hüquqlarını təmin edəcək".

Svinq əyalətlərindən biri olan Miçiqanda təxminən 242 min müsəlman olduğu halda, həm Respublikaçılar, həm də Demokratlar müsəlmanların səslərinə böyük əhəmiyyət verirlər. Miçiqandakı müsəlmanların səsləri ənənəvi olaraq Demokratik Partiyaya getdiyi halda, 7 oktyabr 2023-cü il tarixindən sonra müsəlman seçicilər İsrailin Qəzzada törətdiyi soyqırımı səbəbi ilə Co Bayden rəhbərliyinin Qəzza siyasətlərini tənqid ediblər.

Miçiqan ştatının bəzi müsəlman icması liderləri oktyabrın 27-də Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə