...Rusiya Qvardiyasının arxa cəbhə rəisinin müavini Mirzə Mirzəyev Moskvada həbs edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Mash Telegram kanalı yazıb.
İstintaqın məlumatına görə, 52 yaşlı general-mayor 480 milyonluq müqaviləni pozmaqla hədələyərək, yığma binalar üçün modul təchizatçısından 140 milyon rubl tələb edib.
O, pulu aldıqdan sonra saxlanılıb.
Mirzəyevin vəkilləri onun ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə həbs olunan şəxsin 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasına salınmasında israr edib.
Yeri gəlmişkən, iyul ayında Rusiya Qvardiyasının Mərkəzi Dairəsinin komandirinin keçmiş müavini, general-mayor Vadim Draqomiretski rütbəsindən məhrum edilməklə 9 il 6 ay müddətinə ciddi rejimli koloniyada cəza çəkib.
O, Moskva vilayətindəki hərbi hissələrdən birinin yenidən qurulması ilə məşğul olan podratçı şirkətdən mütəmadi olaraq pul almaqda ittiham olunurdu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB