Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra Rusiya-Amerika münasibətlərinin necə dəyişəcəyi ilə bağlı “fikirini” bildirib.
SİA xəbər verir ki, onun sözlərinə görə, növbəti prezident seçkilərindən sonra Vaşinqtonun mövqeyinin necə dəyişəcəyi ilə bağlı Moskvanın “hər hansı şişirdilmiş gözləntilərə əsası yoxdur”.
...Rusiya üçün seçkilər heç nəyi dəyişməyəcək, çünki namizədlərin mövqeləri ölkəmizin məğlub olmasının zəruriliyi ilə bağlı ikipartiyalı konsensusu tam əks etdirir.
Medvedev bunu rəsmi Teleqram kanalında yazıb.
Qeyd edək ki, Rusiyanın keçmiş prezidenti Respublikaçılar Partiyasının namizədi Donald Trampın “Ukraynada müharibəyə son verə biləcəyi” ilə bağlı dediklərini “əsassız” hesab edib.
...O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Və əgər həqiqətən cəhd etsə, o, yeni JFK ola bilər, - deyə siyasətçi soyuq müharibə dövründə hakimiyyətdə olan Con Kennedinin taleyinə istinad edərək bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə