Nigeriya ordusu antiterror əməliyyatı zamanı 200-ə yaxın silahlını məhv edib

Nigeriya ordusu bir həftə əvvəl başlayan antiterror əməliyyatı zamanı azı 187 nəfəri öldürüb, daha 262 nəfəri əsir götürüb. SİA xəbər verir ki, bu barədə Nigeriya Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi general-mayor Edvard Buba məlumat verib.

Ekspertlərin fikrincə, Nigeriya silahlı qüvvələrinin səyləri əsasən 2002-ci ildə ölkənin şimalında yaranmış terror təşkilatı “Boko Haram”la mübarizəyə yönəlib. 2015-ci ildə Nigeriya ordusu “Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri xeyli azaldıb.

Bütün xəbərlər Facebook səhifəmizdə