"Ukraynada qadınları səfərbər etmək lazımdır..!"

Biz bütün ölkənin kütləvi məzarlıqda olacağı “rus dünyasının” qanunları altında yaşamaq istəmirik.

...Ukraynada qadınları səfərbər etmək lazımdır, əks halda təslim olmaq məcburiyyətində qalacağıq və sonra bütün ölkə kütləvi məzarlıqlara çevriləcək.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “Victory” pilotsuz uçan aparatlarının könüllü layihəsinin rəhbəri Mariya Berlinskaya telemarafonda bildirib.

O, bunun qeyri-populyar qərar olduğunu başa düşdüyünü də qeyd edib.

...Və mən də səfərbərliyə məruz qalacağam. Bir dəfə öz istəyimlə getmişdim və o vaxt bir çox bacılarım da getmişdi. Onların bir çoxu artıq dünyasını dəyişib. Biz seçim etməliyik, çünki qəbiləmizin sağ qalmasını istəyirik.

Bunu deyən Berlinskaya, bir kişinin həyatının qadının həyatından dəyərli olduğuna inanmadığını da dilə gətirib.

...Ya kişilərimizi saxlayıb qadınları səfərbər etməli olacağıq, ya da... təslim olacağıq. Biz bütün ölkənin kütləvi məzarlıqda olacağı “rus dünyasının” qanunları altında yaşamaq istəmirik. Mən dəqiq bilirəm ki, “rus dünyası” təkcə Kiyevin üstündən asılacaq üçrəngli rəngdən ibarət deyil. Onlar kütləvi qətllə məşğul olacaqlar.

Berlinskaya deyib bunu.

Onun sözlərinə görə, hər kəs illüziyalardan qurtulmalı və müdafiəyə hazırlaşmalıdır.

...Əgər Mariupolun, Avdeevkanın, Baxmutun və bir çox başqa şəhərlərin külə döndüyünü görmək kifayət deyilsə, o zaman reallığa qarışmaq lazımdır. Mən qadınların, kişilərin döyüşməsini istəmirəm, amma əminəm ki, müqavimət göstərməyin yeganə yolu bütün cəmiyyəti müharibəyə hazırlamaqdır. Bu gün həm kişiləri, həm də qadınlar döyüşmılidir ki, sabah uşaqlarımız müharibəyə getməsinlər.

Berlinskaya, 5-6-cı siniflərdən uşaqların vətənin müdafiəsi üçün hazırlanmasına başlamaq lazım olduğunu bildirib.

O, həmçinin, qeyd edib ki, səmərəsiz hərbi hissə komandirləri, generallar, müdafiə nazirliyinin keçmiş nazirləri təqaüdə yox, cəbhəyə göndərilməlidir.

Berlinskaya onu da vurğulayıb ki, səmərəsiz komandirlər və generallar öz vəzifələrinin öhdəsindən gələ bilmirlərsə, onlar sıravi kimi döyüşlərə qatılmalıdırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə