Rusiyanın “Kalaşnikov” silah konserni, Belarus ordusunu “olduqca əhəmiyyətli sayda PPK-20 avtomatları” ilə təmin edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə konsernin rəhbəri Alan Luşnikov məlumat verib.
…Qeyd edək ki, 9 mm-lik Kalaşnikov avtomatı Vityaz-SN avtomatı əsasında hazırlanıb. Onun avtomatik atəş sürəti dəqiqədə 800 mərmi, hədəfi isə 200 metrdir,
Bunu Belsat xəbər verir.
…2023-cü ilin yazında “Kalaşnikov” şirkətlər qrupunun baş konstruktoru Sergey Urjumtsev bildirmişdi ki, Rusiya Aerokosmik Qüvvələri 1951-ci il modelli “Steçkin” tapançasının əvəzinə belə silahlar alıb.
Rusiya ordusuna seriyalı tədarüklər 2023-cü ilin fevralında başlayıb və avtomatdan Rusiya ordusu Ukraynadakı müharibədə də istifadə edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə