...Rusiyada insan haqları üzrə müvəkkil Tatyana Moskalkova məhbus mübadiləsindən danışıb və Ukraynanı bu məsələni sürətləndirməyə çağırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Ombudsman özünün Telegram kanalında məlumat verib.
...Biz dəfələrlə Rusiya-Ukrayna əsir mübadiləsinin intensivləşdirilməsi üçün müraciət etmişik. Lakin Ukrayna tərəfi məsələni siyasiləşdirdiyinə görə mübadilə prosesləri son dərəcə çətin və ləng gedir.
Bunu Moskalkova bildirib.
Rusiyalı ombudsmanın sözlərinə görə, bir ildən artıqdır ki, Ukrayna ayrı-ayrı briqadalardan hərbçilərin qəbuluna razılıq vermir - mübadilə üçün təklif olunan 935 Ukrayna hərbçisindən yalnız 279 əsgərin götürülməsinə razılıq verilib.
...Biz konstruktiv dialoqa qayıtmağı və məhbus mübadiləsini sürətləndirməyi zəruri hesab edirik. Hər iki tərəfin hərbi qulluqçularının ailələri öz yaxınlarının qayıtmasını gözləyirlər.
Moskalkova deyib bunu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170