…Britaniyanın Mühafizəkarlar Partiyası yeni liderini seçib. SİA-nın əldə etdiyi məlumata görə, Sky News xəbər verir ki, səsvermədə keçmiş ticarət naziri Kimi Badenok qalib gəlib.
Mühafizəkarlar Partiyasının 53 806 üzvü Badenoka səs verib. Onun rəqibi Britaniyanın keçmiş kiçik immiqrasiya naziri Robert Cenrik olub.
O, 41 388 səs toplayıb.
...Bu vəzifəyə seçilmək, sevdiyim, mənə çox şey bəxş edən partiyaya rəhbərlik etmək ən böyük şərəfdir.
Bunu Badenok deyib.
O, həmçinin Mühafizəkarların rəhbəri kimi əvəzlədiyi Böyük Britaniyanın keçmiş baş naziri Rişi Sunak-a təşəkkür edib.
...Kimi Badenok, “Belə çətin vaxtlarda heç kim bundan çox işləməyib” deyib və Sunaka gələcək üçün ən yaxşısını arzulayıb.
...Sunak da öz növbəsində varisini təbrik edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə