Belavia təyyarəsini almaq istəyən yoxdur..?
...Belavia şirkətinə məxsus Bombardier CRJ-100 təyyarəsi yenidən satışa çıxarılıb. Bu dəfə qiymətdə endirim edilib. Şirkət artıq sentyabr ayında təyyarəni 2,92 milyon rubl qiymətinə təklif etmişdi, lakin onu almaq istəyən yox idi.
Bu dəfə qiymətin 2,48 milyon rubla endirildiyi bildirilir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu Bombardier CRJ-100 1999-cu ildə buraxılıb və 20 il xidmətdə olub.
Son beş ildir ki, anbarda saxlanılır.
Motorsuz təyyarə satılır..? Belarusa gəlməzdən əvvəl Fransa, Almaniya, Kanada və ABŞ-ın aviaşirkətlərinə məxsus olub.
Belavia son vaxtlar öz təyyarələrini satır və bu, Qərbin şirkətə tətbiq etdiyi sanksiyalarla bağlı ola bilər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə