Qaçanın yerini deyənə yüz min rubl verəcəklər, ruslar söz veriblər..?

...Bu, lap o filmdəki ...zada bənzədi.

Deməli, ruslar Lipetskdəki koloniyadan qaçan və hələ də tapılmayan özbəkistanlı Turqun Abdullayevin yerini göstərənə yüz min rubl verməyə söz veriblər.

SİA bu barədə rus saytlarına istinad edir.

...Qeyd edək ki, Rusiyanın hüquq-mühafizə orqanları Lipetskdəki koloniyadan yeraltı keçiddən qaçan 6 məhbusdan birinin axtarışlarını hələ də davam etdirir.

Rusların ehtimalına görə, “xüsusilə təhlükəli cinayətkar” Volqoqrad vilayətində ola bilər.

...Oktyabrın 30-da bildirilib ki, Lipetskdəki 2 saylı islah koloniyasının rəisi məhbusların qaçması ilə əlaqədar vəzifəsindən kənarlaşdırılıb.

Lipetskdəki islah koloniyasından bir neçə məhbusun qaçması oktyabrın 26-da məlum olub. Müəssisənin əməkdaşları onun ərazisində tunel tapıblar və bundan sonra altı məhkumun qaçdığını aşkar ediblər.

Media qaçanların 6 aydan artıqdır ki, qaçmağa hazırlaşdığını yazıb. Bu günə qədər hüquq-mühafizə orqanlarının əməkdaşları onlardan beşini saxlamağa müvəffəq olublar.

Və müstəntiqlər səhlənkarlıq maddəsi ilə cinayət işi açıblar. İstintaq çərçivəsində ekspertlər hansı məmurun öz vəzifəsini layiqincə yerinə yetirmədiyini və məhkumların qaçmasına şərait yaratdığını müəyyənləşdirməli olacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə