İrlandiyalı jurnalist Çey Bouz özünün X sosial media hesabında Tbilisidəki etiraz aksiyalarında “saxta gürcüləri” aşkar etdiyini bildirib.
SİA xəbər verir ki, jurnalistin sözlərinə görə, etirazçılardan bəziləri İtaliyadan gəlib və ingiliscə danışır.
Bouz etirazçılardan bəzilərindən Gürcüstandakı seçkilərin ədalətli olduğunu düşündüklərini soruşduqda, qadınlardan biri üç dəfə müsbət cavab verib.
Daha sonra İtaliyadan gələn etirazçılar fikirlərini dəyişərək Rusiya tərəfinin guya seçkilərə müdaxilə etdiyini bildiriblər.
Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze ölkədə keçirilən parlament seçkilərində müxalifətin səs oğurladığını bildirib.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan edib ki, müxalifətin boykotla bağlı bəyanatlarına baxmayaraq, seçkilər nəticəsində parlamentə daxil olan Gürcüstan müxalifət partiyalarının nümayəndələri qanunverici orqana hamının təsəvvür etdiyindən daha tez daxil olacaqlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə