...Görməmişəm, olmamışam, bilmirəm, amma deyilənlərə görə, Moskva yaxınlığında kənd kimi təqdim edilən Saxarov əksər xarici vətəndaşların düşə biləcəyi yerdir.
SİA-nın əldə etdiyi məlumata görə, burada miqrantlara qarşı reydlər zamanı saxlanılan, sənədlərində problem olanlar, habelə məhkəmələrin Rusiyadan deportasiya edilməsi barədə qərar çıxardığı şəxslər saxlanılır.
...“Humaist rus səlahiyyətliləri”nin iddiasına görə, guya bura nə həbsxana, nə də koloniya deyil. Bura sadəcə olaraq “müvəqqəti saxlanma bölməsi”dir.
Amma onlar, yəni “rus başbilənləri”... necə deyərlər gözlərinin içinə qədər yalan danışırlar.
Çünki bura, əslində həbsxana və ya koloniyadan da pisdir. Belə ki, şahidlərin iddiasına görə, buradakı saxlanma şəraiti həbsxana şəraiti ilə eyni, yox-yox, ondan da pisdir.
...Altı ay orada qalan xarici vətəndaşın dediyinə görə, orada insanlar “qəfəsdə səmanı” gözləyirlər, əzilmiş döşəklər, duzsuz-yağsız (...əslində milli mətbəxi belə olmayan rusun bişirdiyi nə olacaq-A.B.) yeməklər və... dolu kameralar.
...Kameralardakı ikimərtəbəli çarpayılar, pəncərələrdəki metal barmaqlıqlar və yerə mismarlanmış stol...
Əslində buranın saxlanma rejimi də daha çox həbsxananı xatırladır.
...Səhər saat 6-da “podyom”, saat 8-də “proverka” və bir saatlıq gəzinti...
Sonra da 10 nəfər üçün nəzərdə tutulmuş kameralara doldurulan 15-dən artıq “müvəqqəti saxlanan...
...Şahidin dediyinə görə, müvəqqəti saxlanma” bölməsinin qaranlıq həyat şəraiti mərkəzin işçilərinin zorakılığı ilə daha da ağırlaşıb. Onun sözlərinə görə, xüsusi təcridxanada bütün mərhələlərdə korrupsiya olub və indi də tüğyan edir. Məsələn, məhbus ona “kənardan” göndərilən bağlamaların tam gəlməsini istəyirsə, o, təxminən min rubl (təxminən 10 dollar) ödəməlidir.
Təbii ki, bura düşənlərin telefonları elə ilk gündən əllərindən alınır.
Və ya əgər kiminsə bahalı telefonu varsa, o telefon,..necə deyərlər “itim-itim” itə bilər.
Yox, bahalı telefon qaytarıla da bilər, amma 30-40 min rubl müqabilində...
Qeyd edək ki, bu gün bəzi hüquqşünaslar Saxarovdakı işçilərin daim öz səlahiyyətlərini aşdıqlarını və buna görə onların cəzalandırılmalarını tələb edirlər.
...Amma tələbi kimə ünvanlayasan, axı bura Rusiyadır.
Yadımdaykən onu da deyim, o vaxt Fyodor Dostoyevski rusları “Avropada dolaşan və məhv edə biləcəklərini axtaran, əyləncə üçün məhv edən bir xalq" kimi təqdim etmişdi.
Məhz ona görədir ki, elə bu gün də “Rusiyada yollar yoxdur - yalnız istiqamətlər” var.
Bunu isə o vaxt Napoleon deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə