Afinada yaşayış binasında partlayış olub - ölən və yaralanan var

Yunanıstanın paytaxtı Afinada yaşayış binasında baş verən partlayışda 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisədən sonra başlayan terror istintaqı davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstanın paytaxtı Afinanın Ampelokipoi rayonunda mənzildə partlayış baş verib.

Bölgəyə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Mənzil yararsız hala düşsə də, binaya da ciddi ziyan dəyib. Yanğınsöndürənlər cansız kişi cəsədini aşkarlayıb, yaralı qadın isə xəstəxanaya aparılıb. Yunanıstanın Terrorla Mübarizə Polisi hadisənin "partlayıcı qurğunun səbəb olması" ehtimalı ilə bağlı araşdırmaya başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə