ABŞ hərbçiləri Suriyanın şimalında müttəfiq milislərin mövqelərini atəşə tutub. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" mənbələrə istinadla məlumat yayıb. Nəşr qeyd edibki, zərbə nəticəsində Deyr əz-Zor və Mayadin əyalətləri ərazisində silsilə partlayışlar baş verib.
Mənbə əlavə edib ki, milis mövqeləri Xşam qəsəbəsi yaxınlığında və Huveyca əs-Səkrdə artilleriya atəşinə tutulub. Oktyabrın 28-də İraq pilotsuz təyyarələrinin ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddəki Tanf qəsəbəsində yerləşən hərbi bazasına hücum etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə