Bayden Ukraynaya nə hədiyyə etdi?

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddətinin bitməsinı az qalmış Ukrayna Silahlı Qüvvələrinə (AFU) uzaqmənzilli silahların verilməsi barədə qərar qəbul edə bilər. SİA xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində siyasi strateq və politoloq Pavel Dubravski danışıb.

O, iddia edir ki, Bayden ABŞ-dak prezident seçkilərindən dərhal sonra sonuncu “hədiyyəni” köçürməyə qərar verə bilər. Dubravski əlavə edib ki, Bayden bunu edə bilər, çünki o, gələcəkdə yenidən seçilməyəcək. Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Baydenin səlahiyyətləri 2025-ci ilin yanvarında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə