Misir prezidenti Əbdülfəttah əs-Sisi 29 oktyabr Türkiyə Cümhuriyyət Bayramı münasibətilə prezident Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
SİA xəbər verir ki, Misirin rəsmi xəbər agentliyi “MENA”nın məlumatına görə, Sisi prezident Ərdoğana Cümhuriyyət Günü münasibətilə təbrik mesajı göndərib. Türkiyənin Qahirədəki səfirliyində təşkil olunan 29 oktyabr qəbuluna Misirin Prezident Administrasiyası Katibliyinin nümayəndəsi Husam Zater, Səhiyyə naziri Xalid Əbdülqaffar və Xarici işlər nazirinin Avropa işlərindən cavabdeh müavini səfir Vəli Həmid qatılıb.
Nazir Xalid Əbdülqaffar çıxışında Misir və Türkiyə arasında əməkdaşlığın artaraq inkişaf edəcəyini ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə