Rusiyalı hərbi cinayətkar Finlandiyada mühakimə olunacaq

O, “Rusiç” faşist qruplaşmasının komandirlərindən biridir...

Finlandiya prokurorları rusiyalı Voislav Tordeni 2014-2015-ci illərdə Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərdə ittiham edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Finlandiyanın Yle ictimai yayımı yazıb.

Əvvəllər Jan Petrovski kimi tanınan Torden faşist “Rusiç” qrupunun keçmiş komandiri olub, onun üzvləri Ukraynada Rusiyanın dəstəklədiyi terrorçuların, sonra isə Rusiya ordusunun tərəfində döyüşlərdə iştirak edib.

Torden hazırda Finlandiyada həbsdədir; Finlandiya departamentindən verilən açıqlamada deyildiyi kimi, baş prokurorun müavini Jukka Rappe Tordeni ağırlaşdırılmış hərbi cinayətlərdə və digər dörd hərbi cinayətdə ittiham edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə