DƏHŞƏT: 2 jurnalist qətlə yetirildi

DƏHŞƏT: 2 jurnalist qətlə yetirildi

Meksikada Miçoakan və Kolima ştatlarında 24 saat ərzində 2 jurnalist qətlə yetirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər, Miçoakanda yerli xəbər saytlarından birində işləyən jurnalist Maurisio Solisin Uruapan şəhərinin meri Karlos Manzo ilə bələdiyyə binası yaxınlığındakı küçədə müsahibə verdikdən bir neçə dəqiqə sonra silahla hücuma məruz qaldığını açıqlayıb.

Hücum zamanı Solisin öldüyünü bildirən səlahiyyətlilər, hadisədə bir nəfərin də yaralandığını bildirib. Bələdiyyə sədri Manzo, hadisə ilə bağlı verdiyi açıqlamada, Solis getdikdən təxminən iki dəqiqə sonra 4 və ya 5 atəş səsi eşitdiklərini söyləyib. Manzo qeyd edib ki, hücumun onlara qarşı yönəldiyini düşünüb gizlənməyə çalışıblar, lakin bir neçə dəqiqə sonra bunun Solisə yönəldiyini öyrəniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə