Hindistan bankları da Rusiya ilə işləməkdən imtina edir..?

Çin və Türklərin ardınca...

...Çin, Türkiyə və digər “dost” ölkələrdəki bankların Rusiya ilə işləməkdən kütləvi şəkildə imtina etməyə başladığı ərəfədə, Hindistan bankları da Rusiya ilə ticarət sövdələşmələrində iştirak etməkdən qorxurlar.

SİA xəbər verir ki, bunu Rusiyanın Yeni Dehlidəki səfiri Denis Alipov bildirib.

ABŞ-la əlaqələri olan Hindistanlı kreditorlar ABŞ-ın ikinci dərəcəli sanksiyalarından narahatdırlar.

Bunu rusiyalı səfir deyib.

...Moskva, Alipovun sözlərinə görə, problemin BRİKS səviyyəsində həllinə ümid edir.

...Rusiya, Çin, Hindistan, Cənubi Afrikanın qlobal iqtisadi məsələlərin həllində bərabər söz sahibi olması vacibdir.

Bunu da Alipov deyib.

...Xatırladaq ki, ödəniş problemlərini həll etmək üçün Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putin alternativ dollar ödəniş sisteminin işə salınmasını təklif edib.

Kremlin fikrincə, bura SWIFT-in analoqu, rəqəmsal aktivlərlə bağlı əməliyyatlar üçün mexanizmlər, həmçinin əmtəə birjası və hətta Putinin qonaqlara prototipini təntənəli şəkildə nümayiş etdirdiyi öz valyutası daxil ola bilər.

Lakin Kreml BRİKS liderlərini maraqlandıra bilmədi. Sammitin yekun bəyannaməsində onlar yalnız Rusiyanın təklifini “müzakirə etmək” və “öyrənmək” barədə razılığa gəliblər.

Belə ki, ikitərəfli danışıqlar nəticəsində nə Çin prezidenti Si Cinpin, nə də Türkiyə prezidenti Rəcəb Ərdoğan bank ödənişlərini blokdan çıxaracaq qərar açıqlamayıblar. ...Almaniyanın Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Janis Kluge deyir ki, Putinin lobbiçilik etdiyi BRICS ödəniş sistemində problem əslində “Rusiyanın özündən və bəlkə də İrandan başqa heç kimə lazım deyil”.

...Bu, yalnız əlavə xərclər və risklər yaradır. Hətta Rusiya da məcbur edilənə qədər dollardan əl çəkmədi və hələ də xarici ticarətin 20 faizini dollar və avroya etibar edir”.

Bunu da Kluge qeyd edir.

Qeyd edilməlidir ki, Hindistan Ukrayna ilə müharibə başlayandan bəri Rusiyanın ikinci ən böyük ticarət tərəfdaşı və Çindən sonra Rusiya neftinin ikinci ən böyük alıcısına çevrilib. Bununla belə, Kreml iki il ərzində Hindistan mallarının Rusiya Federasiyasına qarşılıqlı çatdırılmasını təşkil edə bilməyib.

Hindistandan idxal ildə cüzi 4,2 milyard dollar təşkil edir və o vaxtdan bəri ən aşağı səviyyədə olmasına baxmayaraq, hələ də Avropa idxalından geri qalır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə