...Oktyabrın 30-da səhər saatlarında Moskvada baş verən kütləvi yol qəzalarına səbəb avtomobillərdə qış təkərlərinin olmaması olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Diqqət, Moskva” Telegram kanalı bildirib.
...Bu səhər ilk şaxtalar səbəbindən Moskva və Moskva vilayətinin yollarında çoxlu qəzalar baş verib. Sürücülər bir çox qəzaların səbəbinin yay təkərləri olduğunu deyirlər. Xəritələrə əsasən, hazırda Üçüncü Nəqliyyat Halqasının daxilində onlarla qəza var, - məlumatda deyilir.
Belə ki, oktyabrın 30-da səhər saatlarında Lujnetski körpüsündə bir neçə avtomobilin iştirakı ilə qəza baş verib. Nəticədə şəhərin mərkəzinə doğru nəqliyyatın hərəkəti çətinləşir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə