Çindən elektriklə işləyən avtomobillərin idxalına rüsum qoyulur...

Rüsumlar 35,3 faizə çatacaq...

...Avropa Komissiyası beş il müddətinə Çindən akkumulyatorla işləyən elektrik avtomobillərin idxalına kompensasiya rüsumları tətbiq edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı, oktyabrın 29-da Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Brüsseldə aparılan araşdırma nəticəsində məlum olub ki, Çindəki avtomobil istehsalçıları Avropa İttifaqı istehsalçıları üçün iqtisadi təhlükə yaradan “ədalətsiz subsidiyalardan” faydalanırlar.

Rüsumlar təchizatçılardan asılı olaraq 35,3 faizə çatacaq. Brüssel, paralel olaraq, Avropa İttifaqı və Çinin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) uyğun gələn, müəyyən edilmiş problemlərin aradan qaldırılmasında təsirli olacaq alternativ həll yolları tapmaq üçün işləməyə davam etdiyini bildirib. Avropa Komissiyası həmçinin ayrı-ayrı ixracatçılarla danışıqlara açıqdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə