Filippində "Trami" tropik fırtınasının yaratdığı sel və torpaq sürüşmələrində həyatını itirənlərin sayı 145-ə, yaralıların sayı isə 115-ə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftə Filippinin şimal-şərqini vuran "Trami" tropik fırtınasının gətirdiyi leysan yağışlar və daşqınlar səbəbindən itkilər getdikcə ağırlaşır.
Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurasının məlumatına görə, fırtınada həyatını itirənlərin sayı 145-ə, yaralıların sayı isə 115-ə yüksəlib. Bildirilib ki, itkin düşən 37 nəfərin axtarışları davam edir. Bildirilib ki, 7,3 milyon insan daşqından zərər çəkib, 761 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB