Aleksandr Stubb Si Cinpinlə danışıqlarda Rusiyanın təcavüzünü pisləyib
Finlandiya prezidenti Aleksandr Stubb Çinə səfəri zamanı Çin prezidenti Si Cinpin ilə danışıqlarda Rusiyanın təcavüzünü pisləyib və nəticələri barədə ona xəbərdarlıq edib,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg xəbər verir.
Agentliyin məlumatına görə, Stubb Si Cinpinə Rusiyanın istənilən dəstəyinin Finlandiyanın təhlükəsizliyini zəiflədəcəyini və Çin ilə Avrioa İttifaqı arasında münasibətlərə mənfi təsir edəcəyini çatdırıb.
...Çinin Rusiya ilə münasibətləri Çinin Avropa ilə münasibətlərinə təsir edir. Çin Rusiyanı nə qədər çox dəstəkləsə, Avropa və xüsusən də Avropa İttifaqı ilə münasibətlər bir o qədər çətinləşir.
Bunu Finlandiya prezidenti bildirib.
Qeyd edək ki, Aleksandr Stubb oktyabrın 31-dək Çində rəsmi səfərdədir. Bu, Finlandiya prezidentinin 2019-cu ildən bəri Çinə ilk dövlət səfəridir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB