Daha bir “Boeing” təyyarəsinin qapısında problem yaranıb

Daha bir “Boeing” təyyarəsinin qapısında problem yaranıb

American Airlines-a məxsus daha bir Boeing təyyarəsinin yük bölməsində qapı ilə bağlı problem yaranıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazıb.

Təyyarənin oktyabrın 23-də Los-Ancelesdən Sidneyə uçduğu, lakin təyinat şəhərinə çatmadığı dəqiqləşdirilir. Sakit Okeanın üzərində pilotlar heç bir izahat vermədən təyyarəni fırladıblar. Sərnişinlər vəziyyətin ağır göründüyünü bildiriblər. Yalnız Los-Ancelesə endikdən sonra məlum olub ki, yük bölməsində nasaz qapı sensoru uçuş zamanı işə düşüb.

Yoxlama zamanı heç bir qüsur aşkar edilmədiyi üçün mütəxəssislər problemin qapı sensorunun özündə ola biləcəyini irəli sürüblər.

Xatırladaq ki, yanvar ayında Alyaska Hava Yollarına məxsus Boeing 737 Max 9 təyyarəsində uçuş zamanı gövdənin bir hissəsi və təcili çıxış qapısı qopub.

Bu, istehsalçının təyyarəsində geniş miqyaslı yoxlamalara səbəb oldu və bu zaman bərkidilməmiş boş boltlar tapıldı. Bundan sonra, yəni müayinələr fonunda təyyarələrin istehsalı kəskin şəkildə azalıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə