Türkiyə oktyabrın 27-nə keçən gecə Çad gölü əyalətində hərbi obyektə edilən terror aktı nəticəsində 40-a yaxın Çad əsgərinin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu kədərlə öyrəndiyini bildirib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Çadda baş verən terror aktı ilə bağlı açıqlamasında yazıb: “Oktyabrın 27-nə keçən gecə Çad gölü əyalətində hərbi obyektə edilən terror aktı nəticəsində 40-a yaxın Çad əsgərinin həyatını itirdiyini və çoxlu sayda yaralının olduğunu kədərlə öyrəndik. Çad xalqına başsağlığı verib, həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə tezliklə şəfa diləyirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB