Hizbullah İsrailin şimalında və Livanın cənubunda İsrail əsgərlərini və hərbi maşınlarını hədəf aldığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullahın verdiyi açıqlamada İsrail ordusuna qarşı silsilə hücumların həyata keçirildiyi bildirilib.
Qeyd olunub ki, Livanın cənubunda İsrail ordusuna məxsus "Merkava" tipli tank idarə olunan raketlərlə vurulub. İsrailin şimalında Kiryat Şmona və Roş Pina, Livanın cənubunda isə Hiyamda toplaşan İsrail əsgərlərinin raketlərlə hədəfə alındığı qeyd edilib. Açıqlamada hədəflərin dəqiq vurulduğu və İsrail əsgərləri arasında ölən və yaralananların olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB