890 İsrail əsgəri öldürüldü, 11 min əsgər yaralandı

890 İsrail əsgəri öldürüldü, 11 min əsgər yaralandı

İsrailin ana müxalifəti Gələcək Partiyasının lideri və keçmiş baş nazir Yair Lapid ölkəsinin 7 oktyabr 2023-cü ildə Qəzzaya, daha sonra Livana təşkil etdiyi hücumlarda 890 əsgərin öldüyünü, 12 min əsgərin isə yaralandığını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin "Kanal12" televiziyasına danışan Lapid, 7 oktyabr 2023-cü ildən İsrail ordusunun verdiyi itkilərə görə hökuməti məsuliyyət daşıdığını bildirib.

İsrailin əsas müxalifət lideri deyib: “Baş nazir Benyamin Netanyahunun ifrat sağçı administrasiyası heç bir şey etməsə, daha çox İsrail əsgəri həlak olacaq".

O, öz sözləri ilə hakimiyyəti tənqid edib. Lapid bildirib: "Bunun baş vermədiyini deyə bilmərik. 11 min əsgərin yaralandığını, 890 əsgərin öldüyünü də gözardı etmək olmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə