Qəzzada 5 mərtəbəli binaya hücum olub - xeyli sayda ölü var

Qəzzada 5 mərtəbəli binaya hücum olub - xeyli sayda ölü var

İsrailin Qəzza zolağının şimalında beşmərtəbəli binaya hücumu nəticəsində 55 fələstinli həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının şimalındakı Mesru Beyt Lahiya bölgəsinə hücumu nəticəsində aralarında qadın və uşaqların da olduğu ən azı 55 fələstinli həyatını itirib.

Fələstinin rəsmi xəbər agentliyi "WAFA"nın sağlamlıq mənbələrinə əsaslanaraq verdiyi xəbərə görə, İsrail ordusu Qəzza zolağının şimalındakı Mesru Beyt Lahiya bölgəsində Əbu Nasir ailəsinə aid 150 köçkün fələstinlinin olduğu 5 mərtəbəli binanı bombalayıb. İlkin hesablamalara görə, hücumda 55 fələstinli həyatını itirib. Mülki müdafiə və təcili yardım maşınları əraziyə çata bilmədiyi üçün dağıntılar altından xilas olunmağı gözləyən insanlar hələ də var.

Bütün xəbərlər Facebook səhifəmizdə