Vizadan imtinaya etirazlar daha bir il dayandırılacaq

Vizadan imtinaya etirazlar daha bir il dayandırılacaq

Avropa Birliyi ölkələri Şengen vizalarının verilməsi prosesinin sərtləşdiyi bir vaxtda Almaniya Türkiyə, Çin və Mərakeşdə tətbiq etməyə başladığı “vizadan imtinaya etirazların qiymətləndirilməsinin dayandırılması” praktikasını uzatdığını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Almaniya Xarici İşlər Nazirliyi müraciətin bir il müddətinə uzadılmasına qərar verildiyini, vizadan imtina ilə bağlı müraciətlərin 30 iyun 2025-ci il tarixinə qədər avtomatik olaraq dayandırılacağını, vizaları rədd edilənlərin etirazlarına cavab verilməyəcəyini açıqlayıb. Belə ki, ərizəsinə əsassız “rədd cavabı” alanlar bu müddət ərzində etiraz edə bilməyəcəklər.

Alman səlahiyyətliləri bildirirlər ki, sənədlərin və maliyyə vəziyyətinin qeyri-kafi olması, həmçinin səyahət məqsədinin qeyri-müəyyənliyi kimi səbəblər çox vaxt müraciətlərin rədd edilməsinə səbəb olur. Lakin xəbərdə bunun Türkiyədən çoxlu sayda insanın ölkəyə keçməsinin qarşısını almaq məqsədi daşıdığı da bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə