İsrailin baş naziri Benyamin Netanyahu uzunmüddətli strategiyalarının "İranın şər oxunu ortadan qaldırmaq" olduğunu və bu məqsədlərdən əl çəkməyəcəklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu İsrail Parlamentində çıxışında oktyabrın 26-da İrana endirilən hava hücumu ilə bağlı açıqlamalar verib.
İsrail oktyabrın 1-də İranın raket hücumlarına cavab olaraq, oktyabrın 26-da İrandakı hərbi məntəqələri hədəf aldığını və hücumun uğurla başa çatdığını açıqlayıb. İran Tehran və ölkənin qərbindəki Xuzistan və İlam əyalətlərindəki bəzi hərbi məntəqələrin hədəf alındığını və onların hava hücumundan müdafiə sistemlərinin hücumlara müvəffəqiyyətlə müqavimət göstərdiyini, lakin bəzi nöqtələrdə məhdud ziyan meydana gəldiyini açıqlamışdı. Hücumlarda 4 əsgər və 1 mülki vətəndaşın həyatını itirdiyi açıqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB