Gələn ay 2024-cü ilin ən güclü maqnit qasırğaları gözlənilir

Mütəxəssislər 2024-cü ilin noyabrında bir sıra güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar. SİA xarici mediaya istinadla xəbər verir ki, ən güclü geomaqnit pozuntuları 1, 3, 9, 17 və 20 noyabrda, maqnit qasırğalarının orta intensivliyi isə gələn ayın 5-i və 12-də gözlənilir.

Maqnit qasırğaları hava şəraitinin dəyişməsinə həssas olan insanların sağlamlığına ciddi təsir göstərə bilər. Həmin günlərdə başağrısı və miqrendən tutmuş emosional qeyri-sabitliyə və iş qabiliyyətinin ümumi azalmasına qədər müxtəlif simptomlarla üzləşə bilərsiniz.

Noyabrın 5-i və 12-si üçün proqnozlaşdırılan orta intensiv maqnit qasırğaları dövründə insanlar yuxululuq və çaşqınlıq da daxil olmaqla daha az şiddətli, lakin nəzərəçarpacaq simptomlarla qarşılaşa bilərlər. Həkimlər bu günlərdə sağlamlığınıza xüsusi diqqət yetirməyi və lazım gələrsə, adi gündəlik rejiminizi tənzimləməyi tövsiyə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə