Filippində böyük fəlakət yaşanıb - ölənlərin sayı 97-yə yüksəlib

Filippinin şimal-şərqində təsirli olan tropik "Trami" fırtınasının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 97-yə yüksəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Filippin Xəbər Agentliyinin məlumatına görə, Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası "Trami"nin təsirləri ilə bağlı açıqlama verib.

Açıqlamada "Trami" tropik fırtınasının səbəb olduğu yağış, sel və torpaq sürüşmələri nəticəsində indiyədək 97 nəfərin öldüyü, 69 nəfərin isə yaralandığı bildirilib. Həmçinin fırtınada 30 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi, ölkə daxilində təxminən 44 min 537 binanın zərər gördüyü, 6,7 milyon insanın fırtınadan zərər çəkdiyi bildirilib. Əkin sahələrinə və infrastruktura da fırtınadan ciddi ziyan dəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə