Kibercasus dəstəsi məşhurların məlumatlarını ələ keçirib

İtaliyada kibercasusların dövlət məlumat bazasına daxil olaraq biznes, siyasət və şou aləmindən bəzi simaların şəxsi məlumatlarını əldə edərək onlardan müxtəlif zərərli məqsədlər üçün istifadə etdikləri üzə çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, keçmiş polis məmuru Karmine Gallo və Milan Fair Foundation-ın prezidenti Enriko Pazzali tərəfindən idarə olunduğu iddia edilən kibercasusluq şəbəkəsi qeyri-qanuni olaraq ABŞ-ın həssas və şəxsi məlumatlarını ələ keçirib. İstintaqda qeyd olunub ki, sözügedən casusluq şəbəkəsi əldə etdiyi məlumatlardan bəzi iş dinamikasına və ictimai prosedurlara təsir etmək üçün istifadə etməyi hədəfləyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə