Güclü zəlzələdən sonra Türkiyəyə meteor düşdü

Türkiyənin Antalya kurortunda və ona yaxın ərazilərdə böyük meteorun düşməsi qeydə alınıb. SİA xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "Antalya Hakkında" səhifəsi məlumat yayıb. Səhifə yerli sakinlər tərəfindən lentə alınan və səmada uçan parlaq cismin əks olunduğu videonu yayımlayıb. Rəsmi orqanlar hələlik bu hadisəyə münasibət bildirməyiblər.

Xatırladaq ki, ötən gün 20:07 radələrində Türkiyənin cənubundakı Adana vilayətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə