“Bizim böyük bir fərari ordumuz var..?”

Ukraynalı jurnalist döyüşçü Stanislav Aseev Ukrayna Silahlı Qüvvələrinin sıralarında demobilizasiyanın zəruriliyi haqqında danışıb...

...Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri arasında demobilizasiyanın olmaması ilə bağlı böyük problem var ki, bu da fərarilik hallarının artmasına səbəb olur.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ukraynalı jurnalist və rusların keçmiş əsiri Stanislav Aseev “Le Monde” nəşrinə müsahibəsində deyib.

...Bu, artıq 100 min insanı ötmüş problemdir. Bizim ölkədə dolaşan böyük fərari ordumuz var.

Bunu deyən Aseev, Ukrayna Silahlı Qüvvələrinin sıralarında fərarilik hallarının getdikcə daha çox müşahidə olunduğunu bölüşüb.

...Və o, burada əsas səbəb kimi ukraynalı hərbçilər arasında yaranan ədalətsizlik hissini göstərir.

Ukraynalı jurnalist qeyd edir ki, Ukraynada səfərbərliyin sürətini artıran müxtəlif qanunlara baxmayaraq, ordunun doldurulmasına böyük ehtiyac var. O bildirib ki, kişilər cəbhəyə çağırılmaqdan qorxur, bəziləri isə qeyri-qanuni yollarla ölkəni tərk edirlər.

Aseev vurğulayır ki, digər insanlar “normal” həyat sürərkən məhdudiyyətsiz döyüşməyə məcbur olan əsgərlər arasında ədalətsizlik hissini artırır. O əlavə edib ki, cəbhədəki mülki həyatla cəbhədə baş verənlər arasında aydın təzad var.

Aseev vurğulayır ki, digər insanlar “normal” həyat sürərkən məhdudiyyətsiz döyüşməyə məcbur olan əsgərlər arasında ədalətsizlik hissini artırır. O əlavə edib ki, cəbhədəki mülki həyatla cəbhədə baş verənlər arasında aydın təzad var.

...Əsgərlər kor deyillər, onlar cəmiyyətin bir hissəsinin səfərbərlikdən necə yayındığını görürlər.

Bunu da Aseev deyir və qeyd edir ki, Ukrayna hakimiyyət orqanları hələ də tədricən demobilizasiya məsələsini nəzərdən keçirməlidir. O hesab edir ki, orduya çağırılan hərbçilərin xidmətdən azad edilməsi ədalətli olardı.

...Aydın xidmət şərtlərinin müəyyən edilməsi bəzi hərbi xidmətdən yayınanları səfərbərliyin zəruriliyinə inandıra bilər. Onun sözlərinə görə, bu, hətta qısa müqavilələr bağlamağı təklif etdiyi piyadalar üçün də həlledici əhəmiyyət kəsb edir.

Deyək ki, hər hansı bir ukraynalı ordu sıralarında piyada qoşunlarına qoşulursa, bilir ki, üç il də yaşamayacaq. Nə qədər ki, bu sonsuz bir sistemdir, nə qədər insanı bu sistemə daxil etsək də, onlar ruhdan düşəcək və təsirsiz olacaq.

...Xatırladaq ki, bunu bildirən Stanislav Aseev 2017-ci ildə Donetskdə qondarma “Respublika Günü” ilə bağlı Ukrayna mətbuatına reportaj verdikdən sonra evə qayıdarkən qaçırılmışdı. 2019-cu ilin dekabrında Ukrayna ilə DXR yaraqlıları arasında əsir mübadiləsindən əvvəl jurnalist İzolyatsia həbsxanasında saxlanılırdı.

Onu da xatırladaq ki, 2023-cü ildə Aseev piyada kimi Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulub. Növbəti il o, Donbassda mərmi zərbəsi alıb, bundan sonra xəstəxanada reabilitasiyadan keçıb və sonra yenidən cəbhəyə qayıdıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə