Gürcüstan prezidenti oktyabrın 28-də əhalini etiraz aksiyasına çağırıb

...Gürcüstan prezidenti Salome Zurabişvili ölkə sakinlərini bazar ertəsi Tbilisidə parlament binası qarşısında parlament seçkilərinin nəticələrinə etiraz etməyə çağırıb.

...Mən sizin hamınızı sabah axşam saat 7-də Rustaveli prospektinə dəvət etmək istəyirəm ki, biz birlikdə dünyaya və özümüzə bu seçkiləri tanımadığımızı elan edək.

SİA-nın əldə etdiyi məlumata görə, Zurabişvili brifinqdə bildirib ki, aksiya dinc xarakter daşıyacaq.

Zurabişvili həmçinin seçkilərin nəticələrini tanımadığını bildirib və hazırkı hakimiyyəti qeyri-legitim adlandırıb. Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib.

Bu, ölkədə elektron seçki qutularından istifadə edilən ilk seçki idi.

Məntəqələrin 99,64 faizinin səslərinin hesablanmasına əsasən, “Gürcü arzusu” 54,08 faiz səs toplayıb, qalib gəlib və hökuməti fərdi qaydada formalaşdırmaq hüququna malikdir. Dörd müxalifət partiyası beş faizlik baryeri keçib - Dəyişiklik Koalisiyası 10,92 faiz, Birlik - Milli Hərəkat Partiyası 10,12 faiz, Güclü Gürcüstan 8,78 faiz, Qaxariya Gürcüstan Naminə partiyası 7,76 faiz.

...Onların hamısı seçkinin nəticələrini tanımaqdan imtina edirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə