Gürcüstan müxalifəti puldan imtina edib

...“Dəyişiklik Koalisiyası”ndan olan Gürcüstan müxalifəti dövlətin maliyyələşdirilməsindən və parlament mandatlarından imtina edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb. ...“Dəyişiklik Koalisiyası” parlament mandatlarından, imtiyazlardan və maliyyələşmədən imtina edir.

Hərəkatın bəyanatında belə deyilir.

Həmçinin koalisiyanın “Birlik – Milli Hərəkat” partiyasından olan nümayəndəsi Tina Bokuçava əlavə edib ki, müxalifət qüvvələri yeni parlamentin tərkibinə daxil edilməyəcək.

O da hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını nəticələri saxtalaşdırmaqda ittiham edib.

Bundan əvvəl məlum olmuşdu ki, “Gürcü arzusu” partiyası Tbilisinin bütün dairələrində 45,54 faiz səs toplayaraq məğlub olub. Mərkəzi Seçki Komissiyasının dərc etdiyi məlumatdan belə çıxır ki, Gürcüstanın hakim partiyası respublika paytaxtının heç bir rayonunda mütləq səs çoxluğu əldə edə bilməyib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, müxalifət koalisiyasının nəticəsi 45,8 faiz səs toplayıb. İddialara görə, hakim partiya xarici sektorlarda çoxluq əldə edə bilməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə