BMT Təhlükəsizlik Şurası İsrailin İrana hücumunu müzakirə edəcək

...BMT Təhlükəsizlik Şurası İsrailin İrandakı hərbi obyektlərə endirdiyi zərbəni müzakirə etmək üçün oktyabrın 28-də toplanacaq.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Reuters” diplomatik mənbələrə istinadən məlumat yayıb.

...İsrail rejiminin hərəkətləri beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradır və regionda onsuz da qeyri-sabit olan vəziyyəti daha da qeyri-sabitləşdirəcək.

Agentlik İranın xarici işlər naziri Abbas Araqçinin Ümumdünya Təşkilatının Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubu sitat gətirir.

İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri öz müraciətində vurğulayıb ki, Tehran İsrailin hücumuna “qanuni cavab vermək üçün ayrılmaz hüququnu özündə saxlayır”.

İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamneyi bir qədər əvvəl bildirmişdi ki, Tehran İsrailin öz ərazisinə hücumuna necə cavab verəcəyini müəyyən edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə