"Moskva mümkün hücumlara cavab tədbirləri seçir"

Ukraynaya Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verilərsə, Moskva “müvafiq şəkildə” cavab verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin bunu Pavel Zarubinin suallarını cavablandırarkən bildirib.

Prezident təfərrüatları açıqlamayıb.

...Cavab tədbirlərinin təfərrüatları barədə danışmaq hələ tezdir, lakin Müdafiə Nazirliyi müxtəlif cavab variantları təklif edəcək.

Bunu deyən Putin, həmçinin ümid etdiyini bildirib ki, Qərb onun uzaqmənzilli silahlarla zərbə endirməyə icazənin NATO ölkələrinin Rusiya-Ukrayna münaqişəsində birbaşa iştirakı demək olduğuna dair siqnalını eşidib.

Putin əlavə edib ki, o, əvvəllər Ukrayna ordusunun belə silahlardan istifadə edə bilməməsindən danışıb. Bunun üçün onlara Avropa İttifaqı və ABŞ-dan kəşfiyyat məlumatları, həmçinin NATO ölkələrinin mütəxəssislərinin köməyi lazımdır. Yəni, əslində, biz müttəfiq ölkələrin münaqişədə birbaşa iştirakından danışacağıq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə