Livanda İsrailin 4 hərbçisi öldü

İsrail Ordusunun Livandakı əməliyyatı zamanı daha dörd hərbçi həlak olub. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hamısı “Alon” ehtiyat piyada briqadasında xidmət edib və Livanın cənubunda döyüşdə həlak olublar, onlardan biri hərbi ravvin olub. Hadisə nəticəsində daha beş hərbçinin ağır yaralandığı və müalicə üçün təxliyə edildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə