Donetskdə qadın terror aktı törətməyə cəhd edib

O, Kiyevdən tapşırığı aldığını etiraf edib...

...Donetskdə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları əldəqayırma partlayıcını işə salaraq terror aktı törətməyə cəhd edən Rusiya vətəndaşını saxlayıblar. Bu barədə departament məlumat yayıb.

Belə ki, Volnovaxa sakini Rusiyanın Federal Penitensiar Xidmətinin Donetsk Xalq Respublikası üzrə Baş İdarəsinin rəhbərlərindən birini öldürmək niyyətində olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu tapşırığı Ukrayna Təhlükəsizlik Xidmətindən aldığını etiraf edib.

Altı ay ərzində qadın hüquq-mühafizə orqanının əməkdaşının ardınca gedib, müstəqil şəkildə partlayıcı qurğu hazırlayıb və radio rabitəsindən istifadə edərək onu uzaqdan işə salmaq niyyətində olub.

...Mən partlayıcı qurğunu geolokasiya ilə götürmüşəm. Elə həmin gün təlimata uyğun olaraq yığdım. Mən də həmin ünvana getdim və dərhal partlayıcı qurğu quraşdırdım.

Rus saytlaının yazdığına görə, bunu həbs edilən qadın dindirmə zamanı etiraf edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin DXR üzrə istintaq bölməsi saxlanılan şəxslə bağlı prosessual qərar qəbul edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə