Putin əcnəbilərlə qondarma nikahlara qarşı qanun imzalayıb

...Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyada miqrantların qondarma nikahlar vasitəsilə leqallaşdırılmasına qarşı qanun imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hüquqi aktların rəsmi dərci portalındakı sənəddən məlum olub.

Xarici ölkələrdən gələn qonaqlar Rusiya vətəndaşı ilə üç ildən çox davam edən həqiqi nikahda olduqları halda, yaşayış icazəsi almaq üçün sadələşdirilmiş formada əldə edə biləcəklər. Vacib bir şərt, birliyin uydurma olmamasıdır. Bu normaya əməl olunmasına daha ciddi nəzarət ediləcək.

Yaşayış icazəsinin alınması prosedurunu sadələşdirən şərtlər siyahısına həmçinin uşağın övladlığa götürülməsi və müraciət zamanı bu öhdəlikdən imtinanın olmaması, eləcə də uşağın və anasının Rusiya vətəndaşlığının olması da vacibdir.

Qeyd etmək lazımdır ki, məhkəmədə yuxarıda göstərilənlərin hamısının mövcudluğunu və onun etibarlılığını təsdiq etməli olacaqsınız. Əgər hüquq müdafiəçiləri nikahın qondarma olduğunu, yaxud yaşayış icazəsi almaq istəyən miqrantın qeyd olunan uşaqla yaşamadığını sübut edə bilsələr, o zaman sorğu dərhal rədd ediləcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə