Əcnəbilərə Ukrayna ordusunda zabiti olmağa icazə veriləcək..?

...Ukraynada əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Ukrayna Silahlı Qüvvələrində yüksək vəzifələr tutmağa icazə veriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ali Radanın deputatı Yaroslav Jeleznyak sosial şəbəkələrdə bildirib.

Bundan əvvəl Ukrayna parlamenti əcnəbilərə zabit vəzifəsi almağa icazə verən qanun layihəsini qəbul edib. Sonradan məlum oldu ki, təşəbbüs prezident Zelenskinin imzasını alıb.

...Yeri gəlmişkən, dünən Zelenskinin ofisində daha iki qanun imzalanıb.

Bunlar dövlət iqlim siyasətinin əsas prinsipləri haqqında 11310 nömrəli qanun...

Rus saytlarının yazdığına görə, bu, Ukrayna Mexanizmi Planı çərçivəsində Avropa İttifaqının tələbidir.

...Və əcnəbilərə, eləcə də vətəndaşlığı olmayan şəxslərə müqavilə bağlamağa və zabit kimi hərbi xidmət keçməyə icazə verən 12023 saylı qanun...

Rusların bu iddiasına görə isə bunu Jeleznyak bəyan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə