Ukrayna Putini sülhə məcbur edə bilər...

İndi Kiyev ciddi təsir alətinə malikdir

...Son üç ayda 150-dən çox Ukrayna pilotsuz təyyarəsi Rusiya ərazisinə yüzlərlə mil uçaraq raket anbarlarına, strateji yanacaq çənlərinə, hərbi aerodromlara və müdafiə zavodlarına hücum edib. Kiyevin bu cür zərbələri, onlar üçün Rusiya raketlərinin istifadəsinə qadağa qoyulmasına baxmayaraq, vəziyyəti dəyişdirir və bu, Rusiya liderı Vladimir Putini məqbul sülhlə razılaşmağa məcbur edə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” yazır.

Nəşr xatırladır ki, əvvəllər bu cür hücumlar müstəsna sayılırdı. Amma indi artıq Ukrayna rəsmiləri və Ukraynanın Qərbdəki tərəfdarları onları getdikcə daha çox Putinə təsir edə biləcək oyun dəyişikliyi kimi görürlər.

Məqalədə Ukrayna prezidenti Vladimir Zelenskinin bu hücumlardan birindən sonra Rusiyaya müharibəni qaytarmaq imkanının vəziyyəti kökündən dəyişdirdiyi barədə sözləri xatırlanır.

Açıq mənbəli məlumat analitiklərinin sözlərinə görə, Zelenskinin açıqlamasına səbəb olan hücum Moskvanın şimal-qərbindəki artilleriya və raket arsenalında təxminən 58 anbar və dəmir yolu terminalını məhv edib.

“The Wall Street Journal” həmçinin qeyd edir ki, bu həftə ABŞ müdafiə naziri Lloyd Austin ilə görüşəndən sonra Zelenski Vaşinqtonun Ukrayna pilotsuz təyyarələrinin istehsalını maliyyələşdirmək üçün 800 milyon dollarlıq paket hazırladığını deyib. Nəşr xatırladır ki, Rusiyanın şimalda Arktika sahillərinə və şərqdə Qazaxıstanla həmsərhəd ərazilərə çatan ən uzaq Ukrayna pilotsuz təyyarələrinin hücumları Ukrayna istehsalı olan silahlarla həyata keçirilib. Ukrayna pilotsuz təyyarələrdən əlavə, xeyli az miqdarda olsa da, Neptun qanadlı raketləri ilə Rusiyaya hücum edir.

İddialara görə, Kiyev hələ istifadə etmədiyi ballistik raketlər də hazırlayıb.

...Və “The Wall Street Journal” xatırladır ki, Qərb rəsmiləri Ukraynaya verdiyi raketləri Rusiyanın dərinliklərinə endirmək icazəsi versələr, bu halda Rusiya Yəmən husilərinə Qırmızı dənizdə Amerika döyüş gəmilərini batıra biləcək yüksək texnologiyalı raketlər verə bilər.

Məhz buna görə də, Avropa bundan ehtiyat edir.

...Bu gün həm Kiyevdə, həm də onun tərəfdarları arasında müharibəni yalnız Ukraynada qazanmağın mümkün olmadığına dair inam artır. Ona görə də müharibəni dayandırmaq üçün Rusiyanın iqtisadiyyatına və hərbi infrastrukturuna daha çox ziyan dəyməlidir.

Bunu da “The Wall Street Journal” yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə