Gürcüstan Prezidenti: Müxalifət qalib gəlir

Gürcüstanda səslərin hesablanmasına başlanılıb. Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində müxalifətin qalib gələcəyinə əmindir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, X sosial şəbəkəsində yazır.

Zurabişvili ölkəsi ilə fəxr etdiyini və onun gələcəyinə əmin olduğunu vurğulayıb.

...Seçkiləri saxtalaşdırmaq cəhdlərinə baxmayaraq və diasporun səsi olmadan Avropa Gürcüstanı 52 faiz səslə qalib gəlir. Gürcüstan demokratiya, avropalılıq və yetkinlik nümayiş etdirdi... Mən fəxr edirəm və Avropalı gələcəyimizə əminəm!.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə