İranda terror aktı nəticəsində 10 təhlükəsizlik qüvvəsi həlak olub

İranda terror qruplaşması kimi tanınan sünni qruplaşması “Ceyş əl-Ədl” (Ədalət Ordusu) ölkənin cənub-şərqində Sistan və Bəlucistan əyalətində şənbə günü törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bu barədə İranın Mehr dövlət agentliyinə istinadən xəbər verir.

Bundan əvvəl İran mediası hücum zamanı atışmada on təhlükəsizlik qüvvəsinin həlak olduğunu bildirmişdi. “Ceyş əl-Ədl” hadisənin təfərrüatlarını daha sonra təqdim edəcəyinə söz verib.

Deyilənlərə görə, polisə hücum İsrailin misli görünməmiş raket hücumuna cavab olaraq İrana endirdiyi zərbə ilə eyni vaxta düşüb.

Hücum yalnız hərbi nöqtələri hədəf alıb və nəticədə iki hərbçi həlak olub.

“Sky News Arabia” mənbələrə istinadən iddia edir ki, İran adı açıqlanmayan vasitəçi ölkə vasitəsilə artıq İsrailə hücuma cavab vermək niyyətində olmadığı barədə məlumat verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə